logo
Azərbaycanın Türkiyədəki səfirliyində şəhidlərin xatirələri anıldı

Azərbaycanın Türkiyədəki səfirliyində şəhidlərin xatirələri anıldı

Azərbaycanın Türkiyədəki səfirliyində şəhidlərin xatirələri anıldı Azərbaycanın Türkiyədəki səfirliyində şəhidlərin xatirələri anıldı

Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyinin, Səfirlik nəzdində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik Aparatının və Səfirlik nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 27 sentyabr - Şəhidləri Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Şuşa Konqres Mərkəzində təşkil olunan və Türkiyənin dövlət rəsmilərinin, Silahlı Qüvvələrin təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin, Türkiyədə təhsil alan azərbaycanlı hərbçilərin, şəhid ailələrinin, qazilərin və yerli ictimaiyyətin iştirak etdiyi tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Hər iki ölkənin dövlət himninin ardından şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidlərimizin xatirəsinə həsr olunmuş qısa film nümayişinin ardınca Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək Vətən torpaqlarını işğaldan azad etdiyini bildirdi.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri Aygün Attar, Səfirlik nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Emrah Yücensi çıxış edərək, Vətən uğrunda canlarını fəda edən şəhidlərin heç vaxt unudulmayacağını qeyd ediblər.

Şəhid mayor Aqşin İbadovun qardaşı polkovnik-leytenant Məmmədhüseyn İbadov çıxışında şəhidlərin qanının yerdə qalmadığını, Vətən torpaqları işğaldan azad olduğu üçün onların ruhunun şad olduğunu ifadə edib.

Azərbaycanda xidmət etmiş istefada olan general Ender Güner Azərbaycanın istiqlal tarixini, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalı, 44 günlük Vətən müharibəsini anladan təqdimat edib.

Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş fortepiano və tar ifaları ilə başa çatıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media