logo
Diaspor nümayəndələrinin Xankəndi və Şuşaya növbəti səfəri gerçəkləşib

Diaspor nümayəndələrinin Xankəndi və Şuşaya növbəti səfəri gerçəkləşib

Diaspor nümayəndələrinin Xankəndi və Şuşaya növbəti səfəri gerçəkləşib Diaspor nümayəndələrinin Xankəndi və Şuşaya növbəti səfəri gerçəkləşib

Xaricdə yaşayan və hazırda Vətəndə olan diaspor nümayəndələrinin Xankəndi və Şuşaya səfəri baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində sayca 13-cü dəfə gerçəkləşən səfərdə dünyanın 16 ölkəsindən 50 diaspor nümayəndəsi iştirak edib.

Qonaqlar əvvəlcə Xankəndi şəhərində olublar. Xankəndində inzibati binanın qarşısında 27 Sentyabr – Anım Gününün 4-cü ildönümü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Vətən torpaqlarının azadlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən diaspor nümayəndələri Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Gəncə Qapısını, “Güllələnmiş heykəllər”in yerləşdiyi meydanı və digər görməli yerləri ziyarət ediblər. Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Kanadadan olan  soydaşımız Səməd Purmusəvinin sazda canlı ifası böyük maraqla qarşılanıb və ziyarəçilərə duyğulu anlar yaşadıb.

Xankəndində, Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə yaxından  tanış olan soydaşlarımız bu cür səfərlərin mütəmadi təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan soydaşlarımızın, xarici jurnalistlərin, alimlərin Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir. Sentyabrın 11-də Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı olan, dünyanın 23 ölkəsindən ölkəmizə gələn 80-dən çox alim Şuşa və Xankəndiyə səfər edib və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media