logo
Kəşmir problemi: Kəşmirə sahib olmağın mühüm faydaları

Kəşmir problemi: Kəşmirə sahib olmağın mühüm faydaları

Kəşmir problemi: Kəşmirə sahib olmağın mühüm faydaları Kəşmir problemi: Kəşmirə sahib olmağın mühüm faydaları

Kəşmir Hindistan, Pakistan və Çin arasında bir bölgədir. Bura 222 min kvadrat kilometr bir sahədir. Bölgənin bir hissəsi Pakistanın, bir hissəsi Hindistanın nəzarətindədir... Burada Çinin nəzarətində olan ərazilər də var. Qərbdə Azad (Azad Kaşmir) və şimalda Gilgit-Baltistan bölgəsi Pakistanın, cənubda Cammu və Kəşmir Hindistanın nəzarətindədir. 

Kəşmir məsələsi Cənubi Asiyada qanayan yaradır. Kəşmir məsələsi Pakistan və Hindistanı dəfələrlə üz-üzə qoymuş və çoxlu savaş və ölümlərə səbəb olmuşdur.

Kəşmir problemi Pakistan və Hindistanın 1947-ci ilin avqustunda Britaniya müstəmləkəsindən azad edilmiş Hindistan yarımadasında iki ayrı ölkə olaraq müstəqilliklərini elan etmələri ilə başlamışdır. 

İngilislər bölgənin demoqrafik və coğrafi quruluşundan asılı olmayaraq iki ölkənin sərhədlərini cızmışdırlar. Müsəlmanların çoxluq təşkil etdiyi ərazilər Pakistana, hinduların üstünlük təşkil etdiyi ərazilər isə Hindistanın öhdəliyinə buraxılmışdır.

Azad Kəşmirin təxminən 5 milyon əhalisi var. Buradakı insanların demək olar ki, hamısı müsəlman olsa da, etnik quruluş kifayət qədər müxtəlifdir. Əhalinin cəmləşdiyi cənubda danışılan dil daha çox dogri və ya pancab dilidir. Bölgədəki kəşmir dilli insanlar daha çox Neelam və Leepa vadilərində cəmləşiblər. Kəşmir İslam Respublikasının müdafiəsi, xarici siyasəti və pulu birbaşa Pakistanın nəzarəti altındadır.

İki ölkə arasında 780 km uzunluğunda atəşkəs xətti var. Aksai Çin Çinin nəzarətində olan ərazidir. 72 ildir Hindistan və Pakistan arasında parçalanmış Kəşmir Türkiyə ilə Yunanıstan arasındakı Kipr problemi, Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ problemi kimi mühüm bir hadisədir. Ancaq dünya Kəşmirdəki kimi heç bir böhranı bu qədər problemli hesab etmir. Çünki iki qonşu ölkənin iki nüvə gücü var. İki ölkə 1947-ci ildən bəri Kəşmir və ya Kəşmirin yaratdığı gərginlik üstündə 4 dəfə qarşıdurma yaşanmışdır.

İki ölkə arasında sonuncu gərginlik 2019-cu ilin avqustun 5-də yaşanmışdır. Bu halda Hindistan Cammu və Kəşmirə imtiyaz verən konstitusiya müddəasını ləğv etmiş, sonra bölgədə gərginlik yenidən yüksəlmişdir.

Nə qədər ki, ərazinin mövcudluğu Böyük Britaniya tərəfindən təmin edilmişdi, onun strukturunda və periferiyasındakı zəifliklər böyük əhəmiyyət kəsb etmirdi, lakin onlar 1947-ci ildə Britaniyanın Cənubi Asiyadan çıxarılmasından sonra özünü büruzə verməyə başlamışdır.

Hindistanın razılaşdığı şərtlərlə Hindistan yarımadasının bölünməsi üçün Pakistana, knyazlıq dövlətlərin hökmdarlarına Pakistan və ya Hindistanı seçmək və ya müəyyən qeyd- şərtlərlə müstəqil qalmaq hüququ verilmişdir.

1947-ci ilin oktyabrında puştun qəbilələrinin üzvlərindən biri olmaqla, o, Hindistan ittifaqına qoşulma haqqında saziş imzalamışdır. Bu, həm dövləti Pakistanın təbii uzantısı hesab edən Pakistanın, həm də aktı təsdiqləmək niyyətində olan Hindistanın müdaxiləsi üçün bir növ siqnal idi. Yerli müharibə 1948-ci ilda də davam etmiş və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ila 1949-cu ilin yanvarında qüvvəyə minən atəşkəslə başa çatmışdır. Həmin ilin yulunda Hindistan və Pakistan atəşkəs xəttini - nəzarət xəttini - müəyyən etmişdirlər.

Kəşmirin illərdir paylaşılmamasının səbəbi təkcə dini və milli həssaslıqlar deyil, hər iki Ölkənin Kaşmirə sahib olmasının 3 kritik üstünlüyüdür.

Şəkil 1. Kəşmirə sahib olmağın üstünlükləri.

1) Bölganin 7700 metr yüksəklikdə yerləşməsi

2) Hind və digər bu kimi çayların təsərrüfata faydalı olması

3) Uran ehtiyatı

Hindistan va Pakistan 72 il ərzində Kəşmir məsələsi və ya onun yaratdığı gərginlik səbəbindən 1947, 1965, 1971 və 1999-cu illərdə dörd müharibə aparmışdır. Son savaş 2019-cu ilin avqustun 5-də baş tuumuşdur. Hindistan Konstitusiyanın Cammu və Kəşmirə imtiyazlar verən və bölgənin xüsusi statusunu ləğv edən maddəsini ləğv etmişdir.

5 avqust 2019-cu ilda Hindistan prezidenti Ram Nath Korind hökumət və parlamentin Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarımı təsdiqləmişdir. Bu, 1947-ci ildan hari davam edən Kəşmir məsələsini, Kəşmir xalqına əzab və məhrumiyyətlər gətirən, habela Hindistan və Pakistan arasında bir neçə qanlı müharibəni daha da dərinləşdirmişdir.

Hadisələrin gedişi onu deməyə asas verir ki, bu dəfə tərəfləri daha ciddi təhlükə gözləyir. Hindistanın qərarı görünməmiş və gözlənilməz bir addımdır və bundan sonra na olacağını təxmin etmək olduqca çətindir. Pakistan hökuməti artıq BMT-yə müraciət edərək, Pakistana siyasi dəstək verən Çin Xalq Respublikası olan BMT Təhlükəsizlik Şurasında Kəşmir məsələsini qaldırmışdır. Danışıqlar zamanı Hindistanın insan haqlarının pozulması ilə bağlı narahatlığı da xüsusi olaraq qaldırılan məsələlərdəndir.

Pakistan bundan sonra Hindistanı bölgəyə səyahətləri məhdudlaşdırmaqda günahlandıraraq, "bölgənin açıq həbsxanaya çevrildiyini" qeyd etmişdir. Hindistan bu halda iddiaları rədd etmişdir.

İki Kəşmir arasında 780 kilometrlik atəşkəsin Çakoti də daxil olmaqla daha altı hərbi keçid məntəqəsi var. Bu keçid məntəqələri və hərbi mühafizəçilər bir-birinə o qədər yaxındırlar ki, bazan Hindistan və Pakistan əsgərlərinin görmə məsafəsi 70 metrə qədər aşağı düşə bilir.

Bu bölgədə Çakoti kəndi də sülhün simvolu hesab olunur. Burada ikisi Pakistanın nəzarətində olan Azad Kaşmirin paytaxtı Müzəffərabad ilə Cammu və Kəşmirin paytaxtı Srinagar arasında iki avtobus xidmətinin gömrük məntəqələri idi. Lakin fevral gərginliyindən sonra sərhəddə avtobusların hərəkəti və mülki keçidlər dayandırılmışdır. Bu səbəbdən azad Kəşmirdə yaşayanlarla Cammu və Kəşmirdə qohumları olanların bir-birindən əlaqəsi kəsiləcəkdir. Çünki kəndlərin yarısı Hindistan, yansı isə Pakistan tərəfindədir... Çakotida doğulmuş kəndli Gülabi Xan 1947-ci ildə atası ilə Azad Kəşmirin Çakoti kəndinə gəlmişdir.

Bu gün Hindistan və Pakistan arasında bağlı sərhədlər var. Müharibə riski isə hər zaman aktualdır. Lakin müharibə dövründə belə davam edən bir ritual var. Vagah Sərhəd Qapısında keçirilən "Bayraq endirmə mərasimi" bu ritualın yeganə nümunəsidir.

1947-ci ildən bəri təşkil edilən mərasimdə sərhədin bir tərəfində Hindistan əsgərləri, digər tərəfində isə Pakistan əsgərləri var. Turistlərin böyük marağına səbəb olan "Bayraqların enməsi mərasimi" iki ölkə əsgərlərinin əl sıxması ilə başa çatmışdır.

5 avqust 2019-cu ildə Hindistan prezidenti Ram Nath Korind hökumət və parlamentin Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarını təsdiqləmişdir. Bu, 1947-ci ildən bari davam edən Kəşmir məsələsini. Kəşmir xalqına əzab və məhrumiyyətlər gətirən, habelə Hindistan və Pakistan arasında bir neçə qanlı müharibəni daha da dərinləşdirmişdir.

Hadisələrin gedişi onu deməyə əsas verir ki, bu dəfə tərəfləri daha ciddi təhlükə gözləyir. Hindistanın qərarı görünməmiş və gözlənilməz bir addımdır və bundan sonra na olacağını təxmin etmək olduqca çətindir.

Pakistan hökuməti artıq BMT-yə müraciət edərək, Pakistana siyasi dəstək verən Çin Xalq Respublikası olan BMT Təhlükəsizlik Şurasında Kəşmir məsələsini qaldırmışdır. Danışıqlar zamanı Hindistanın insan haqlarının pozulması ilə bağlı narahatlığı da xüsusi olaraq qaldırılan məsələlərdəndir

Nəticə olaraq isə əsgərlərin yox, siyasətçilərin əl sıxdığı və razılığa gəldiyi mənzərə yaxın gələcəkdə mümkün görünmür.

Pakistan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Vüsal Hümbətzadə

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin