logo
Bakıda EPPO İcraiyyə Komitəsinin iclası işə başlayıb

Bakıda EPPO İcraiyyə Komitəsinin iclası işə başlayıb

Bakıda EPPO İcraiyyə Komitəsinin iclası işə başlayıb Bakıda EPPO İcraiyyə Komitəsinin iclası işə başlayıb

Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) İcraiyyə Komitəsinin iclasına start verilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və EPPO-nun birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. Sabah isə EPPO Şurasının 74-cü sessiyasının açılışı planlaşdırılır. Sessiyada təşkilatın 5 il müddətinə seçilən Baş Direktoru vəzifəsinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, EPPO Şurası bütün üzv ölkələrin iştirak etməyə dəvət olunduğu Baş Assambleyadır və ildə bir dəfə, sentyabr ayında toplanaraq təşkilatın siyasəti, fəaliyyət proqramı və büdcəsi barədə qərarlar qəbul edir. Şura 52 üzv dövlətin nümayəndələrindən ibarətdir.

EPPO Şurasının ötən il sentyabrın 27-28-də Fransanın Paris şəhərində təşkil olunan 73-cü sessiyası zamanı təşkilatın rəhbərliyi tərəfindən növbəti iclasın 2024-cü ildə Azərbaycanda keçirilməsi təklif edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media