https://innews.media/uploads/news/2024-09/_innews_24d443872129d3cd6d84729ff_o.jpg
Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Sinema Baş İdarəsi, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Birliyi, TİKA və YTB dəstəyi, Universitetlər, peşə təşkilatları, vətəndaş cəmiyyətləri və mətbuat qurumlarının dəstəyi ilə keçirilir. Sənədli Film Festivalının ön münsiflər heyəti 14 sentyabr 2024-cü ildə onlayn olaraq iclas keçirdi.
12 Uzunmetrajlı Sənədli Film, 12 Qısametrajlı Sənədli Film və 12 Tələbə Sənədli Film, TRT Sənədli Filmlər Rejissoru Ferda Gürcan, Sənədli Film Rejissoru Çağatay Çelikbaş, Montajçı Göker Emir, Sekans kinossenarist Arş. Gör. Gülşah Altuğ, kinossenarist Hayri Çölaşan, Sənədli Film Rejissoru Hüseyin Özden, Akademik Tekirdağ Namık Kemal Universitetindən İhsan Koluaçık, TRT Rejissoru Mehtap Özgül, Azərbaycanlı rejissor, yazıçı və aparıcı Saide Ömer, Amasya Universitetindən mətbuat müdiri Timur Yılmazdan ibarət ön münsiflər heyəti tərəfindən seçildi.
Uzunmetrajlı Sənədli Film Yarışmasının Finalçı Filmləri:
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı Hüseynağa Aslanovun, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Münhen Yeni Filarmoniyasının və Bakı Kamera Orkestrinin baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun həyat və yaradıcılığı haqqında çəkdiyi "Maestro: The Parth of Thunder" (Maestro: İldırımlı yollarla) sənədli filmi 300 film içərisindən finala vəsiqə qazanıb.
Qeyd edək ki, Festival və Gala gecəsi (mükafatlandırma mərasimi) 16-18 oktyabr tarixlərində Ankarada baş tutacaq.
MÜKAFAT QAZANAN FİLMLƏR 9 ÖLKƏDƏ GÖSTƏRİLƏCƏK.
Ən son xəbərləri səhifəmizdən də izləyin