Almaniyanın Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunun iştirakçıları müasir və maraqlı mövzularda elmi müzakirələr aparıblar.
Lahn-Dill-Kliniken travmatologiya klinikasının aparıcı mütəxəssisi Azər Qarayev, Nordstadt KRH göz xəstəlikləri klinikasında aparıcı mütəxəssis Aqil Hüseynzadə, MEZ Kinderartpraxisində pediatriya üzrə mütəxəssis Vəfa Hüseynova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Köln Universitetinin hüquq üzrə fəlsəfə doktoru Asif Mustafayev, Köln Universitet klinikasının Mikrobiologiya institutunun həkimi Aysel Əhmədzadə, AMD media və ictimaiyyət üzrə koordinatoru Ümüd Səlimzadə müxtəlif mövzularda məruzələr ediblər.
Daha sonra KRH Klinikum Siloah und Nordstadt Kardiologiya, ritmologiya və intensiv təbabət klinikasının aparıcı mütəxəssisi İsmayıl Göyüşov, Wahrendorff Klinikasının psixiatriya şöbəsində aparıcı mütəxəssis Günay Mirzəbəyli, aparıcı proqram mühəndisi, Microsoft sertifikatlı proqram dizayneri və komanda rəhbəri Elçin İsmayılov çıxış edərək müxtəlif mövzulara toxunublar.
Mövzular maraqla qarşılanıb və onlar ətrafında geniş fikir mübadiləsi olub. İştirakçılar həm bütövlükdə forumun işini, həm də konkret mövzular ətrafında aparılan elmi fikir mübadiləsini yüksək qiymətləndiriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin