logo
Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən Mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Levan Tsalukelaşvili "Azərbaycan Evi"ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli və ətraf kəndlərin sakinlərini qəbulu edib.

Qəbulun 4-cü günündə 10 nəfər Gürcüstan, Azərbaycan və Türkiyə vətəndaşının problemləri dinlənilib. Vətəndaşların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər:

Tel: +995 599 10 96 90

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media