Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumunda müxtəlif ölkələrdən gəlmiş elm xadimlərinin bir-birləri ilə yaxından tanışlıq mərasimi keçirilib. Mərasim zamanı müxtəlif ixtisaslar üzrə müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran məsələlər, gələcəkdə birgə həyata keçirilməsi mümkün layihələr barədə fikir mübadiləsi olub.
Sessiya çərçivəsində növbəti tədbir Dilqəm Əhmədin “Azərbaycan Mühacirət Biblioqrafiyası”, “Türkiyədəki Azərbaycan Cəmiyyətləri”, Afina Bahrambayın “Gürcistandan Azerbaycana ağız sözlüyü” kitablarının təqdimatları olub. Kitablar Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə işıq üzü görüb. Təqdimatın iştirakçıları nəşrlər haqqında müsbət fikirlərini söyləyib, belə layihələrin həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Qeyd edək ki, Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixində keçirilir. Foruma 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ölkəmizin müxtəlif elm ocaqlarında çalışan alim və professorlar, nüfuzlu ali məktəblərin rektorları qatılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin