logo
Umayra Tağıyeva: quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır

Umayra Tağıyeva: quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır

Umayra Tağıyeva: quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır Umayra Tağıyeva: quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır

Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağlyeva bildirib.

Məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır.

Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır.

Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır.

Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması,  söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər.

İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir.

Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media