Mən Şəhid Ağa Hüseynlinin Bacısı Nuranə Hüseyinzadə 26 yaşım var, mən şəhid ailəsi olduğum üçün 23 yaşı keçdiyim üçün dövlət təhsil haqqı ödənişimi qarşılamır. Mən Sabirabad dövlət sosial iqtisad kollecinin 3-cü kurs tələbəsiyəm. Kollec də oxuyuram illik təhsil ödənişim 600 manatdır. İlk ilim Deputat Kamal Cəfərova özü ödədi amma keçən il və bu ilki başlayacaq ödəniş edə bilməmişəm. İki az yaşlı qızım var, ailədə imkanımız çox zəifdir. Ailədə iki az yaşlı qızlarıma baxmaq və onların özümün ehtiyaclarını qarşılamaq üçün dolanışıq vəziyyətim çox çətindir.Bir Şəhid Bacısı kimi Dövlətimizdən, Cənab prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan çox xahiş edirəm ki Məni oxuduğum Sabirabad dövlət sosial iqtisad kollecində təhsil haqqından azad olunması üçün öz köməkliklərini göstərsinlər.
Hörmətlə Şəhid Ağa Hüseynlinin Bacısı Nuranə Hüseyinli
Ən son xəbərləri səhifəmizdən də izləyin