https://innews.media/uploads/news/2024-09/_innews_c86d8d50a4ddc60db4bbe9484_o.jpg
Müşahidələrimiz göstərir ki, seçki gününın ilk saatlarında aktivlik hiss olunur və seçki məntəqələrinin texniki təchizatı seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilmişdir.
Bu sözləri innews-a “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçilərindən biri Ramil İskəndərli bildirmişdir.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkiləri müşahidə edir. Koalisiya “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi QHT, “Hüquqi Təhlil və Araşdırmalar” QHT və “Bələdiyyələrin Fəaliyyətinin Təşviqi” QHT tərəfindən yaradılıb.
Ümumilikdə parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün 112 min 749 yerli müşahidəçi akkreditasiyadan keçib. Onların 65 mini 25 siyasi partiyanın müşahidəçisidir.
Seçkiləri müşahidə etmək üçün 600-dən çox beynəlxalq təşkilat iştirak edib.
Sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri qeyri-hökumət təşkilatlarından (QHT) və vətəndaş cəmiyyətindən görünməmiş sayda müşahidəçi cəlb edib.
"Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyası işğaldan azad edilmiş ərazilər - Zəngilan, Füzuli, Laçın, Xankəndi, Xocalı və Şuşa da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500-dən çox müşahidəçi ilə səsvermə gününü müşahidə edir.
Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayılov bildirib ki, seçki məntəqəsi açılmazdan əvvəl boş seçki qutularının qoyulması və möhürlənməsi prosesi qanunun tələblərinə uyğun həyata keçirilib: “Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş standartlara cavab verir, seçki məntəqəsində gizli səsvermənin təmin edilməsi üçün tam şərait yaradılıb, texniki təchizat seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilib”.
Laçında 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Fariz Əkbərov bildirib ki, seçki məntəqəsində səsvermə prosesi ümumilikdə normal gedir: “Xəstə və ahıl vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə daşınan seçki qutuları hazırlanıb.
Proses Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır. Səsvermə prosesinə kənar müdaxilə halları baş verməyib, seçici fəallığı yüksəkdir”.
Qeyd edək ki, bu il parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edir. Bu rəqəm qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır, onların qanunun tələblərinə uyğun seçkiqabağı təşviqat aparması üçün bütün imkanlar yaradılıb.
Ölkə üzrə 1000 seçki məntəqəsi qeydiyyatdan keçmədən səsvermə günü prosesinin canlı və davamlı monitorinqi üçün veb-kameralar quraşdırıb.
Ilkin saatlarıda seçkiqabağı ümumi vəziyyət:
• Müşahidə etdiyimiz əksər seçki məntəqələrində səsvermə prosesi ümumilikdə normal gedir;
• seçki məntəqələrinin texniki təchizatı seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilmişdir.
• Seçki məntəqələri açılmazdan əvvəl boş seçki qutularının qoyulması və möhürlənməsi prosesi qanunun tələblərinə uyğun həyata keçirilib;
• Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş standartlara cavab vermiş, seçki məntəqələrində gizli səsvermənin təmin edilməsi üçün şərait yaradılmışdır;
Xəstə və ahıl vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə daşınan seçki qutuları hazırlanlb. Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir
Seçki məntəqələrində Brayl əlifbası ilə səs vermək imkanını təmin edilib. Sağlamlıq imkanları məhdud vətəndaşlar üçün pandusların quraşdırılıb.
• İlk saatlarda səsvermə prosesinə kənar müdaxilə halları baş verməyib, seçici fəallığı yüksək olub. Məntəqə komissiyasının üzvləri və ya onların seçiminə təsir edə biləcək digər şəxslər tərəfindən seçicilərə təzyiq halları qeydə alınmamışdır;
• bir seçicinin digərinin əvəzinə səs verməsi halları olmamışdır.
• bir neçə seçki məntəqəsi və əlavə texniki vasitələri olan yerlərdə (məsələn, məktəblərdə) veb-kameralar quraşdırılır;
• müşahidəçilərin müşahidə aparması üçün hər cür şərait yaradılmışdır;
• müxtəlif beynəlxalq təşkilatlar, partiyalar, ictimai təşkilatlar, QHT-lər və s. müşahidəçilərin seçki prosesini qanunla müəyyən edilmiş qaydada müşahidə etmələri üçün lazımi şərait yaradılıb;
• seçki məntəqələrində foto və videoçəkilişlər aparmaq, habelə internet resurslarından istifadə etmək mümkün olub.