logo
Azərbaycanlı alimin məqaləsi İtaliyanın "Historia Magistra" tənqidi tarix jurnalında dərc olunub

Azərbaycanlı alimin məqaləsi İtaliyanın "Historia Magistra" tənqidi tarix jurnalında dərc olunub

Azərbaycanlı alimin məqaləsi İtaliyanın "Historia Magistra" tənqidi tarix jurnalında dərc olunub Azərbaycanlı alimin məqaləsi İtaliyanın "Historia Magistra" tənqidi tarix jurnalında dərc olunub

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun məqaləsi İtaliyanın"Historia Magistra" tənqidi tarix jurnalında dərc olunub. 

"Azərbaycanın Xəzər neftinin hasilatı tarixi” adlı məqalədə Xəzər dənizində 150 ilə yaxın neft yataqlarının praktiki tətbiqi, dənizin Bibiheybət və Pirallahı sahələrindən XIX əsrin əvvəllərindən başlayaraq ilkin neft hasilatı, XX əsrin sonlarında bununla bağlı təklif edilən layihələr və görülən işlərdən bəhs edilir. Həmçinin 20-ci əsrin sonlarına qədər neft hasilatı, 1944-cü ildən SSRİ və respublika hökumətinin qəbul etdiyi qərarların icrası, o cümlədən Xəzər neft yatağının 1949-cu ildə istismara verilməsi tarixi xronoloji ardıcıllıqla təsvir edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media