https://innews.media/uploads/news/2024-08/_innews_1ad732280c1540b978777f78c_o.jpg
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
innews.media məlumatına görə, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.
Komandamız "narıncılar"a 9:21 hesabı ilə məğlub olub.
Millinin ikinci sınağı isə meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.