logo
Xalqın seçimi

Xalqın seçimi

Xalqın seçimi Xalqın seçimi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Yevlax rayonu, Duzdaq, Meyvəli qəsəbələrinin, Nemətabad və  Ərəş kəndlərinin  seçiciləri ilə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük islahatlar kursu ölkəmizin bütün sferalar üzrə hərtərəfli inkişafını təmin edib. Qeyd edilib ki, bu gün ölkəmizdə hamı sülh və əmin-amanlıq şəraitində yaşayır. Vurğulanıb ki, bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir.

Deputatlığa namizəd Əli Hüseynli çıxışında qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında böyük tərəqqi yolu keçib. Qeyd edib ki, bu, müqəddəs yol haqq yoludur və bizi ilbəil uğurlu hədəflərə layiqincə çatdırır.

Əli Hüseynli seçiciləri Dahi Lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Qeyd edək, deputatlığa namizəd həmin gün rayonun Xaldan kənd seçiciləri ilə görüş keçirib, eyni zamanda, Salahlı və Cırdaxan kəndlərində yaşayan şəhid ailələrini ziyarət edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media