logo
Şərurda gənc seçicilər ilə görüş keçirilib

Şərurda gənc seçicilər ilə görüş keçirilib

Şərurda gənc seçicilər ilə görüş keçirilib Şərurda gənc seçicilər ilə görüş keçirilib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun YAP Şərur rayon təşkilatının inzibati binasında gənc seçicilər ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, növbədənkənar parlament seçkilərinin Azərbaycanın demokratik inkişaf tarixində önəmli bir mərhələ olduğunu deyib. Ə.Babayev yeni formalaşacaq parlamentin qalib, bütövləşən Azərbaycanın parlaq gələcəyi naminə yeni dövrün hədəflərini inamla və uğurla reallaşdıracağını qeyd edib. 

Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir: “Bu gün kreativ düşüncə tərzi ilə seçilən gənclərimiz Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər. Vətən müharibəsindəki Şanlı Qələbə də qəhrəman oğulların – gənclərin şücaəti nəticəsində qazanılıb”.

Ziyafət Əsgərov çıxışında gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə gənc partiya üzvləri Həsən Cəfərov, Rəbbil Səfərov, Elnarə Vəlibəyli və Adil Əhmədov çıxış edərək bildiriblər ki, Şərur gəncləri ölkədə gedən ictimai-siyasi proseslərdə öz fəallıqları ilə seçilirlər. Partiya gəncləri uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Sonra gənc seçicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, həmin gün Ziyafət Əsgərov rayonun Maxta kəndindən olan şəhid Məmmədov Əli Abbas oğlunun, şəhid Həsənov Novruz Nəbi oğlunun və Axaməd kənindən olan şəhid leytenant Əliyev Ənvər Nizami oğlunun ailələrini ziyarət edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media