Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Aza, Sabirkənd, Gilançay, Biləv, Behrud və Parağa kəndlərində seçicilərlə görüşləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək YAP-ın keçdiyi çətin və şərəfli yoldan geniş bəhs edib. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanaraq daim Azərbaycanın uğurlu gələcəyinə davamlı töhfələr verir: “1 sentyabr seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı altında qatılan partiyanın seçki platformasında yeni mərhələnin hədəfləri öz əksini tapıb. Bu hədəflərə doğru inamla addımlamaq, onların həyata keçirilməsinə nail olmaq üçün 1 sentyabr -parlament seçkilərində fəallıq göstərməli, səsimizlə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmalıyıq”.
E.İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Vüqar Rəhimzadə Azərbaycanın dünyaya təqdim edilən təkmil inkişaf modelindən danışıb. Qeyd edib ki, bu uğurumuzun əsasında Ümummilli Lider Heydər Əliyevin bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf strategiyası və onu son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin uğurla davam etdirməsi dayanır: “Azərbaycan ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda yaranan yeni reallıqlar YAP-ın da qarşısında mühüm vəzifələr qoyur. Partiyanın yeni dövrlə bağlı hədəfləri seçki platformasında seçicilərə təqdim edilib.
V.Rəhimzadə Azərbaycanı qarşıdakı dövrdə daha möhtəşəm zəfərlər gözlədiyini böyük əminliklə qeyd edərək bu çağırışı edib ki, 1 sentyabr-parlament seçkilərində layiqli namizədlərə səs verək! Namizəd seçiciləri əmin edib ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı əməli fəaliyyəti ilə doğruldacaq.
Tədbirdə təşviqat qrupunun üzvləri Fərman Rəsulov, Qəmbər Mehbalıyev, Nəriman Əliyev, Tofiq Əliyev, Xəyal Fətəliyev, Salman Fətəliyev, Məhərrəm Əliyev və başqaları çıxış edərək bildiriblər ki, YAP-ın hər bir seçki prosesində qələbə qazanması qaçılmazdır. Bildirilib ki, YAP xalqın partiyasıdır. YAP daim dövlətə, dövlətçiliyə xidmət edir, xalqın yüksək rifah şəraitində yaşamasının təmin olunmasına öz töhfələri ilə diqqətdədir.
Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin