logo
Suraxanılıların seçimi bəllidir

Suraxanılıların seçimi bəllidir

Suraxanılıların seçimi bəllidir Suraxanılıların seçimi bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın avqustun 20-də Hövsan qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurlu islahatlar proqramının həyata keçirildiyini bildirib. Bu siyasət xalq tərəfindən dəstəklənir. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.

Deputatlığa namizəd Sevinc Fətəliyeva isə ilk olaraq YAP-ın seçki platforması haqqında məlumat verib və qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən xarici siyasəti Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. İndi ölkəmiz mühüm ictimai-siyasi mərhələlərin astanasındadır.

Namizəd sonda seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.

Tədbirdə şəhid anası Günəş Yusubova, Rahilə Ağcayeva, Ədalət Mahmudov və digərləri çıxış ediblər. Seçicilər isə YAP-ın namizədlərinə inandıqlarını və onlara səs verəcəklərini bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media