logo
7 aylıq hamilə qadını ilan sancdı: KTM-ə gətirilən ana və körpə xilas edildi

7 aylıq hamilə qadını ilan sancdı: KTM-ə gətirilən ana və körpə xilas edildi

7 aylıq hamilə qadını ilan sancdı: KTM-ə gətirilən ana və körpə xilas edildi 7 aylıq hamilə qadını ilan sancdı: KTM-ə gətirilən ana və körpə xilas edildi

 01.08.2024-cü il tarixində ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, 7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Daha sonra xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq  Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb.

Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin