logo
Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib

Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib

Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib

Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən innews.media verilən xəbərə görə, araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media