logo
Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb

Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb

Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb Bakının Xəzər rayonunda baş vermiş qətllə bağlı cinayət işi başlanıb

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

innews.media xəbər verir ki, araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən  öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media