Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
Namizədlərin ilkin tibbi yardım və ya müalicə işi ixtisası üzrə orta-ixtisas təhsili olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
- müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsilə dair diplomun surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.
Ən son xəbərləri səhifəmizdən də izləyin