logo
Elmi Tədqiqat İnstitutlarında sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə bağlı silsilə tədbirlər keçirilib

Elmi Tədqiqat İnstitutlarında sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə bağlı silsilə tədbirlər keçirilib

Elmi Tədqiqat İnstitutlarında sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə bağlı silsilə tədbirlər keçirilib Elmi Tədqiqat İnstitutlarında sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə bağlı silsilə tədbirlər keçirilib

Aqrar Sahə işçilərinin Həmkarlar İttifaqı Birliyi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə tanış olmaq, bu istiqamətdə görülən işlərin daha da təkmilləşdirilməsi məqsədilə silsilə görüşlər keçirir.

Birliyin əməkdaşları son iki həftə ərzində Əkinçilik Elmi Tədqiqat İnstitutunda, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda və Gəncə şəhərində fəaliyyət göstərən Bitki Mühafizəsi və Elmi-Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə tanış olub, müxtəlif istiqamətli laboratoriyaların iş şəraitini dəyərləndiriblər.

Dəyərləndirmə prosesi çərçivəsində texniki müfəttiş Ramiz Hacıyev, həkim Söhrab Mansurov və Aqrar Sahə işçilərinin Həmkarlar İttifaqi Birliyinin təşkilat şöbəsinin mütəxəssisi Rəhman Vəliyev elmi tədqiqat institutlarının əməkdaşlarına əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, kimyəvi maddələrin təhlükəsiz saxlanılması və istifadəsi ilə bağlı təlimlər keçirilib, aşkar olunan uyğunsuzluqların aradan qaldırılması üçün tövsiyələr verilib.

Qeyd edək ki, monitorinq və təlimlərin əsas məqsədi iş yerlərində baş verə biləcək qəzaların, yaralanmaların və peşə xəstəliklərinin qarşısını almaq, işçilərin iş şəraitini yaxşılaşdırmaq və onlara təhlükəsiz və sağlam iş mühiti yaratmaqdır.

Bu konseptin əhəmiyyəti hər bir iş yerində əməyin mühafizəsi üzrə təlimatların və qaydaların hazırlanması və tətbiq olunmasında öz əksini tapır. Əməyin mühafizəsi qaydalarına riayət etmək işçilərin sağlamlığını qorumaqla yanaşı, iş proseslərinin də daha effektiv və təhlükəsiz şəkildə aparılmasını təmin edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media