Millət vəkilliyinə namizəd Göydəniz Gəhrəmanov, Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən olan seçicilərlə geniş tərkibdə görüş keçirib. Görüşün əvvəlində torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Göydəniz Gəhrəmanov, seçicilərinə platforması çərçivəsində irəli sürdüyü gələcək planlar, hədəflər və məqsədlər haqqında geniş məlumat verib. O, həmçinin seçicilərin suallarını cavablandırıb, onların fikir və təkliflərini dinləyərək, səlahiyyətləri çərçivəsində dəstək göstərəcəyini bildirib.
Görüşdə xalq artisti və şəhid Rövşən Nuruzadənin atası Əli Nur, eləcə də Yasamal Veteranlar Şurasının sədri Polkovnik Bəhram Şeydayev də iştirak ediblər. Onlar seçiciləri seçki günü aktiv olmağa çağırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin