logo
Gülnarə Xəlilovanın əsərləri Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq

Gülnarə Xəlilovanın əsərləri Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq

Gülnarə Xəlilovanın əsərləri Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq Gülnarə Xəlilovanın əsərləri Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq

Qədim Azərbaycan incəsənət nümunələri dizayner Gülnarə Xəlilovanın əsərlərində avqustun 1-dən 4-dək Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq.

innews.media xəbər verir ki, qonaqlara orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək üzərində işləri əks etdirən iki "Miniatür" və "Cizgi" kolleksiyası təqdim olunacaq.

Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin sahibidir. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media