https://innews.media/uploads/news/2024-07/_innews_a768161b6c38f0b1b4cd5fb35_o.jpg
“Müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
"Sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllim işdən çıxarılıb. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır. Buna görə də hər işdən çıxarılan hər müəllimin yerinə başqa təhsilverən götürülməyəcək. Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq. Müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur. Belə ki, bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub".