https://innews.media/uploads/news/2024-07/_innews_c38ccb6977007284b2ee64e97_o.jpg
Sosial şəbəkələrdə DSX əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı Dövlət Sərhəd Xidmətində araşdırma aparılıb.
Bildiririk ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib.
Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.