logo
Azərbaycanın daha bir atleti mübarizəni dayandırıb

Azərbaycanın daha bir atleti mübarizəni dayandırıb

Azərbaycanın daha bir atleti mübarizəni dayandırıb Azərbaycanın daha bir atleti mübarizəni dayandırıb

Azərbaycanın daha bir atleti Nazim Babayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edib.

innews.media xəbər verir ki, uzunluğaa tullanma növündə yarışan 26 yaşlı idmançı təsnifat mərhələsində 6.92 metr nəticə göstərib.

Bu, Babayevin finala vəsiqə qazanmasına kifayət etməyib. Daha əvvəl üç təkanla tullanmada Yekaterina Sarıyeva 12.93 metr nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Avropa çempionatı iyunun 12-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Anna Skidan (çəkic atma) və Aleksis Kopello (üç təkanla tullanma) iyunun 9-da çıxış edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media