logo
Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib

Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib

Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu və komandası tərəfindən Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib.

Əməliyyat zamanı 2 taylı (bicuspid) aorta qapağında ciddi daralma olan xəstənin bud arteriyasından girilərək heç bir kəsik aparılmadan və ümumi anesteziya verilmədən yeni aorta qapağı yerləşdirilib.

Hazırda TAVİ prosedurunu (Transkateter Aorta Qapağı İmplantasiyası) tibbin son nailiyyətlərindən biri adlandırmaq olar. TAVI proseduru alternativ cərrahi üsuldur. TAVİ yanaşı xəstəlikləri olan yaşlı insanlar, həmçinin, yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.

Həmçinin, TAVİ proseduru zamanı süni ürək qan dövranı tətbiq edilmir, prosedurdan sonra sağalma müddəti açıq ürək əmliyyatında olduğundan daha qısadır, ağırlaşma riski çox aşağıdır, əməliyyat qısa müddət ərzində başa çatır və xəstə 1-2 gündən sonra normal iş rejiminə qayıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media