logo
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

innews.media xəbər verir ki, komandamız səfərdə Estoniya millisinin qonağı olub.

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda rəqibinə 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə uduzub.

Qeyd edək ki, kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Azərbaycan millisi iyunun 1-də Lüksemburqla qarşılaşacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin