logo
Polşada yaşayan azərbaycanlılara Varşava Azərbaycan Evində ödənişsiz hüquqi yardım göstəriləcək

Polşada yaşayan azərbaycanlılara Varşava Azərbaycan Evində ödənişsiz hüquqi yardım göstəriləcək

Polşada yaşayan azərbaycanlılara Varşava Azərbaycan Evində ödənişsiz hüquqi yardım göstəriləcək Polşada yaşayan azərbaycanlılara Varşava Azərbaycan Evində ödənişsiz hüquqi yardım göstəriləcək

Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşada yaşayan azərbaycanlılara ödənişsiz şəkildə hüquqi yardım göstəriləcək.

Polşa Azərbaycanlıları Şurası və hüquqşünas Andriy Dementiy arasında bununla bağlı müvafiq razılaşma əldə olunub.

Razılaşmaya əsasən soydaşlarımız hər ay, ayda 3-4 dəfə olmaqla Varşava Azərbaycan Evində istər mülki, istərsə də kriminal məsələlər üzrə ödənişsiz şəkildə konsultasiyadan yararlana biləcəklər.

Qeyd edək ki, Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımız üçün mütəmadi olaraq şəxsi inkişaf, karyera planlaması, maliyyə, psixologiya və digər sahələr üzrə təlimlər, layihələr həyata keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media