logo
Bu gün Azərbaycan enerji istiqamətində mühüm addımlar atır

Bu gün Azərbaycan enerji istiqamətində mühüm addımlar atır

Bu gün Azərbaycan enerji istiqamətində mühüm addımlar atır Bu gün Azərbaycan enerji istiqamətində mühüm addımlar atır

İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında cənab prezident “Enerji və bağlantı” mövzusunda dəyirmi masada qaz təchizatı ilə bağlı mühim məsələlərə toxundu.

2027-ci ilə qədər enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlığın Avropaya qaz təchizatının iki dəfə artırılmasını vurğuladı.

Bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. 8 ölkəyə Azərbaycan öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. 8 ölkədən 6-sı Avropa ölkəsidir. Bu gün Azərbaycan eyni zamanda alternativ enerji istiqamətində mühüm addımlar atır. Sloveniya bazarına daxil olduqdan sonra, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi mümkün olacaq və bunun əldə olunması üçün daha çox imkanlarımız olacaq Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş kimi və Avropa qaz təchizatçısı kimi adlandırması böyük məsuliyyətdir və biz bu məsuliyyəti doğrultmaq üçün  əlimizdən gələni etməyə çalışırıq. 

Azərbaycanın strateji tərəfdaşlığı, qaz ixracının artması və yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri ölkənin enerji sektorunda daha da möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji siyasətinin davamlı və sabit inkişafını təmin edir. Bunun üçün də biz yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq.

Azərbaycan inkişaf edir, öz imkanlarına görə çox böyük uğurlu layihələr həyata keçirir, Azərbaycanın həyata keçirdiyi siyasət də dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media