logo
Oğuzun yeni icra başçısı kimdir?

Oğuzun yeni icra başçısı kimdir?

Oğuzun yeni icra başçısı kimdir? Oğuzun yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məlumata görə, Cavid Əbdul-Qədirov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.  

Yeni icra başçısı 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi olub.

O, 2020-2021-ci illərdə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Cavid Əbdul-Qədirov ingilis, rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin