logo
Qəbələdə sahibkarlığın və turizmin inkişafı

Qəbələdə sahibkarlığın və turizmin inkişafı

Qəbələdə sahibkarlığın və turizmin inkişafı Qəbələdə sahibkarlığın və turizmin inkişafı

Qəbələ kiçik və orta sahibkarlığın geniş yayıldığı regionlardan biridir. Qəbələ regionunda turizmin inkişafı sahibkarlığın müxtəlif sahələrinin də inkişafına təkan verir. Sahibkarlar arasında daha keyfiyyətli xidmət göstərmək, daha çox müştəri cəlb etmək yarışı gedir. Bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq əsl ədalətli rəqabət mühiti yaranmışdır. Buna görə də “Hüquqi Tədqiqatlar Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” mövzusunda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində təşkil etdiyi tədbir fəallıq diskusiya şəraitində keçmişdir. Tədbiri açan rayon icra hakimiyyətinin əməkdaşı Ramil Qəribov  rayonda sahibkarlar üçün yaradılan şəraitdən, yeni iş yerlərinin açılmasından və bazar münasibətlərinin ədalətli şəkildə formalaşmasından danışdı. 01 iyul 2024-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin əhəmiyyətini qeyd etdi. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin eksperti hüquqşünas Aydın Kərimov “Rəqabət Məcəlləsinin qəbulu iqtisadi sahədə yeni münasibətlərin formalaşması stimulu kimi” mövzusunda çıxış etmiş, Məcəllənin məzmununu, rəqabətli bazarın formalaşması üçün dövlətin apardığı siyasəti izah etmişdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin region üzrə nümayəndəsi Afşin Əfsərbəyli təmsil etdiyi təşkilatın sahibkarlara göstərdiyi xidmətdən, sahibkarlarla əməkdaşlıq formalarından danışmaqla bərabər Rəqabət Məcəlləsinin ədalətli, demokratik, sosial dövlət quruculuğunda oynaya biləcəyi roldan danışıb.

Sahibkarlar öz çıxışlarında fəaliyyətləri zamanı rastlaşdıqları haqsız rəqabət halları barədə məlumat vermiş, problemlərini göstərmişlər. Ümidvar olduqlarını bildirmişlər ki, Məcəllənin qəbul edilməsi bir çox problemlərin həllinə kömək edəcəkdir. Sonda iştirakçıların sulları cavablandırılmış, Məcəllənin tətbiqi mexanizmi ilə bağlı sorğu keçirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media