logo
Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Comunitas” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib

Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Comunitas” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib

Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Comunitas” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Comunitas” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən nüfuzlu “Comunitas” beynəlxalq təşkilatının müsabiqəsində uğura imza atıb.

“Comunitas Awards” adlı beynəlxalq müsabiqədə Agentliyin Mərkəzi Karyera filialının fəaliyyəti yüksək qiymətləndirilib və Agentlik “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə təşkilatın xüsusi mükafatına layiq görülüb.

Müsabiqədə həm dövlət, həm özəl sektordan olan təmsilçilər beynəlxalq səviyyədə peşəkar münsiflərdən ibarət komissiya tərəfindən bir sıra meyarlar üzrə qiymətləndiriliblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media