Sahələrdən 2 milyon tondan artıq məhsul yığılıb
Taxıl sahələrində biçin prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyi taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb. Mexanizatorlar tərəfindən 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.
Arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.
Zəmilərdən bugünədək 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.
Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunlardan 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
Ən son xəbərləri səhifəmizdən də izləyin