logo
Media nümayəndələri gecə yürüşünə çıxıb, şərti münaqişə tərəflərinin atəşlərindən qorunublar

Media nümayəndələri gecə yürüşünə çıxıb, şərti münaqişə tərəflərinin atəşlərindən qorunublar

Media nümayəndələri gecə yürüşünə çıxıb, şərti münaqişə tərəflərinin atəşlərindən qorunublar Media nümayəndələri gecə yürüşünə çıxıb, şərti münaqişə tərəflərinin atəşlərindən qorunublar

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimləri davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 8-9-da təlim iştirakçılarına müharibə zamanı ilkin yardım tədbirləri, uzaq məsafəyə yürüş, gecə düşərgəsi və atəş altında qorunma mövzusunda dərslər tədris olunub.

Media nümayəndələri iyunun 8-də gecə yürüşünə çıxıb, şərti münaqişə tərəflərinin atəşlərindən qorunaraq təqribən 7 kilometr yol qət ediblər. Jurnalistlər yürüşdən sonra dağlıq ərazidə mövqe tutaraq gecəni orada keçiriblər.

İyunun 9-da isə media nümayəndələri müharibə bölgəsində ilkin tibbi yardım, təhlükəli zonalardan keçid, partlayış zamanı ərazinin sürünərək tərk edilməsi və itlərin hücumundan qorunmaq taktiki təlimlərini icra ediblər.

Sonra media nümayəndələri mina və partlamamış hərbi sursatlardan qorunmaq mövzusunda məlumatlandırılıblar.

Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsi iştirakçısı Elmir Səftərov qatılıb.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

 

Elmir Səftərov, AZƏRTAC

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media