logo
Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər

Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər

Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar. Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər. 10-14 iyul tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, oğlanlarımız mübarizəyə əsas mərhələdən, qızlarımız isə təsnifat mərhələsindən qoşulacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media