logo
Energetika nazirinin növbəti vətəndaş qəbulu Mingəçevirdə keçiriləcək

Energetika nazirinin növbəti vətəndaş qəbulu Mingəçevirdə keçiriləcək

Energetika nazirinin növbəti vətəndaş qəbulu Mingəçevirdə keçiriləcək Energetika nazirinin növbəti vətəndaş qəbulu Mingəçevirdə keçiriləcək

Energetika naziri Pərviz Şahbazov iyulun 26-da Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının inzibati binasında (ünvan: Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, Naxçıvan küçəsi 46/48) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media