Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış israilli siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel HaYom” nəşrində dərc olunmuş “Antisemitizm bütün dünyada nəzarətdən çıxır” sərlövhəli məqaləsində yazıb.
Məqalədə Ermənistanda son dövrlərdə güclənən antisemit dalğası fonunda Avropanın ən böyük ravvin təşkilatlarından biri olan Avropa Ravvinləri Konfransının prezidentinin Ermənistan hakimiyyətindən ASALA-nın üzvlərinin həbs olunması, terror təşkilatının qanundan kənar elan edilməsi və ölkədəki yəhudi icmasının təhlükəsizliyinin gücləndirilməsi tələblərinə diqqət çəkilib. Yazıda Avropa Ravvinləri Konfransının bu xüsusda Ermənistan hakimiyyətinə xəbərdarlığı da yer alıb: “Əgər lazımi cavab verilməsə və yəhudi qanı küçələrdə tökülməkdə davam edərsə, məsuliyyət Ermənistan hökumətinin başçısının üzərinə düşəcək”.
Müəllif xəbərdalığa baxmayaraq, Yerevandakı sinaqoqa dəfələrlə edilən hücumlardan məsul şəxslərin heç birinin saxlanılmadığını vurğulayıb. Yazıda həmçinin İsrailin Ermənistandakı səfiri Coel Lionun Ermənistan hökumətini antisemitizmin bütün formalarını pisləməyə, sözügedən cinayətləri hərtərəfli araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırdığı diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israelhayom.com/2024/06/27/antisemitism-spiraling-out-of-control-worldwide/
Ən son xəbərləri səhifəmizdən də izləyin