Azərbaycanın beauty sektorda liderlərindən biri olan Arzum Beauty, bu sahədə ilkərə imza atrmağa davam edir! Azərbaycanda ilk dəfə Cənubi Koreyanın sevilən brendi ‘Mizon’ ilə yerli brendimiz Arzum əməkdaşlıq edərək Mizon x Arzum adını daşıyan 7 məhsuldan ibarət kolleksiya yaradıb. 3 ilə yaxındır üzərində çalışılan bu məhsullar artıq ölkəmizdən kənarda, Amerikada, Avropa və Asiya ölkələrində də satışda olacaqdır.
Dünyada bir çox nümunəsini gördüyümüz, lakin Azərbaycanda daha əvvəl görmədiyimiz kolabrasiya üçün Koreyadan PFD şirkətinin təsisçisi Kwang Namgung və digər şirkət nümayəndələri Bakı şəhərində keçirilən tədbirdə iştirak etmişdir.
100-ə yaxın influencerin iştirakı ilə JW Absheron Marriott Hoteldə keçirilən tədbir gecəsində Arzum Beauty şirkətinin təsisçisi Arzu Kərimli, Mizon brendinin Azərbaycanda rəsmi distributoru Yussal Provision şirkətinin təsisçisi Əqdəm Rüstəmzadə və PFD şirkətinin təsisçisi Kwang Namgung çıxış etmişdir.
Çıxışdan sonra Mizon markasınınn brend meneceri məhsulların tərkibi ilə bağlı ətraflı məlumat verərək makyaj süngəri, tonal krem, krem ənlik, maskara, dodaq qələmi və dodaq boyasını təqdim etmişdir.
Azərbaycanın milli sərvəti olan xalçalardan ilhamlanan Mizon x Arzum məhsulları vegan tərkibi ilə Avropa ölkələrində də çox seviləcəkdir Dermatoloji testlerdən keçmiş 7 məhsuldan ibarət bu kolleksiya həssas dərilərə də uyğundur. Hətta digər heyvan mənşəli kollagenlərdən 10 qat daha güclü olan yeni Hidrolizə edilmiş Ekstent tərkibinin bu kolleksiyaya özəl patenti də alınmışdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin