logo
Ürək xəstəlikləri dünyada və ölkəmizdə ölüm səbəbləri içərisində ilk yeri tutur

Ürək xəstəlikləri dünyada və ölkəmizdə ölüm səbəbləri içərisində ilk yeri tutur

Ürək xəstəlikləri dünyada və ölkəmizdə ölüm səbəbləri içərisində ilk yeri tutur Ürək xəstəlikləri dünyada və ölkəmizdə ölüm səbəbləri içərisində ilk yeri tutur

1990 -cı illərdə  ürək xəstəlikləri nəticəsində ildə 12 milyon insan dünyasını dəyişirdisə, hal hazırda bu rəqəm 18 milyondur. Ürək damar  xəstəlikləri içərisində ən çox rast gəlinən miokard infakrtı və insultdur. Ürək xəstəliklərinin yaranmasına təsir göstərən bir cox faktorlar var ki, bunlara artıq çəki, zərəli vərdişlər ( siqarət) , təzyiq yüksəkliyi, şəkərli diabet, xolesterin yüksəkliyi, hərəkətsizlik, düzgün olmayan qidalanma və s aiddir. Bununla yanaşı bəzi infeksion xəstəliklər (virus , bakterial) , hava çirkliliyi, yuxu apnoesi də ürək xəstəliklərinin artmasına təsir göstərən faktorlardır. 

Ürək xəstəlikləri öncələr kişilərin və yaşlı insanların xəstəliyi hesab olunurdu. Statistikaya əsasən təxminən 50 yaşına qədər kişilərdə ürək xəstəliyi daha çox rast gəlinir. 50 yaşdan sonra, yəni qadınlarda menopauzdan dövründən sonra qadınlaırda və kişilərdə ürək xəstəliyin rast gəlmə tezyi bərabərləşir. Yəni qadınlar arasında da stenokardiya, miokard infarktı kimi xəstəlikləri çox rast gəlinir. Həmçinin hal hazırda sadəcə yaşlılarda deyil, gənclər arasında da  ürək xəstəlikləri müşahidə olunur. Bunun isə səbəbləri gənclər arasında siqarət istifadəsinin , energetik içkilərin istifadəsinin  artması, hərəkətsizlik, fast food qidaların istifadəsidir. 

Həmçinin ürək xəstəliklərinin yaranmasına təsir göstərən əsas faktorlar şəkərli diabet və hipertoniya (yüksək təzyqi) xəstəliyidir. Şəkərli diabetdən əziyyət çəkən insanlarda zamanla damarlar zədələnir. Lakin əksər hallarda ağrı və digər əlamətlər müşahidə olunmur. Yeni ürək xəstəlikləri gizli formada inkişaf edir.

Yüksək təzyiq də miokard infarktı və insult ən çox rast gəlinən səbəbidir. Təəssuf ki hipertroniyadan əziyyət çəkən insanlar çox zaman təzyiqi ölçmürlər, və ya yaxud təzyiqin yüksək olduğunu bilsələrdə düzgün müalicə etmirlər.

Ürək xəstəliklərin vaxtında aşakr olunarsa qarşısı alına bilən xəstəliklərdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media