logo
Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılmasına başlanıldı

Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılmasına başlanıldı

Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılmasına başlanıldı Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılmasına başlanıldı

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılması, habelə mövcud bölmələrin zənginləşdirilməsinə başlamışdır.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədəki gənclərimizlə görüş keçirmiş, Mərkəzin nəzdində Türkiyədəki azərbaycanlı tələbə “Vikipediya” könüllüləri təsis edilmiş və ötən müddət ərzində könüllülər üçün bu istiqamətdə təlimlər təşkil olunmuşdur. “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzinin mütəxəssisi tərəfindən aparılan təlimlərdə Vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalə yaratmaq, məqalələrin adlandırılması, mövcud məqalələrin zənginləşdirilməsi, mətnin vikiləşdirilməsi, “Vikipediya”da mənbələrin əlavə edilməsi ilə bağlı təlimlər keçirilib. 

Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə artıq Türkiyədə Vikipediya könüllüləri üçün onlayn təlimlər başa çatmış, Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılmasına və mövcud bölmələrin, məqalələrin zənginləşdirilməsi işinə start verilib.

İlkin olaraq materialların Türk dilinə tərcüməsi, redaktəsi və yaradılmış bölmələrə, məqalələrə əlavə edilməsi həyata keçiriləcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media