logo
“BazarStore” marketlər şəbəkəsinə yeni rəhbər təyin edilib

“BazarStore” marketlər şəbəkəsinə yeni rəhbər təyin edilib

“BazarStore” marketlər şəbəkəsinə yeni rəhbər təyin edilib “BazarStore” marketlər şəbəkəsinə yeni rəhbər təyin edilib

“Azərsun Holdinq” MMC-nin strukturunda olan “BazarStore” marketlər şəbəkəsinə yeni direktor təyin edilib.

Məlumata görə, İbrahim Səmədi (Ibrahim Samadı) “BazarStore” MMC-nin rəhbəri təyin edilib.

İ.Səmədi bu vəzifədə Burhan Sevahili əvəz edib. B.Sevahil 2017-ci ilin noyabrından marketlər şəbəkəsinə rəhbərlik edirdi.

İndiyə qədər “BazarStore”də direktor olmuş şəxslər:

  • Alparslan Uğur Əhməd Fəraği – 2007 iyun
  • Durmuş Aras Bestami – 2007 iyun – 2011 mart (bu tarixə qədər “Ramstore” MMC)
  • Ruslan Əliyev Qənimət oğlu – 2011 mart – 2012 aprel
  • Aydemir Şükrü – 2012 aprel – 2012 avqust
  • Zeynab Konyar – 2012 avqust – 2019 fevral

Xatırladaq ki, “BazarStore” MMC 1999-cu ildə təsis edilib və 2011-ci ilə qədər “Ramstore” MMC adı altında bazarda fəaliyət göstərib. Hazırda 40 862 223 dollar nizamnamə kapitalına sahibdir.

Əvvəlki səhmdarı “Migros” şirkəti açıqlama yayaraq bildirmişdi ki, şirkətin Azərbaycanda 100% səhmdarı olduğu və üç mağazası fəaliyyət göstərən “Ramstore” MMC-nin səhmlərinin hamısı 14.25 mln. dollara Dubayda qeydiyyatdan keçən “Intersun Holding”ə satılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media