logo
Bolt Azərbaycanda  işgüzar səyahət üçün yeni həll təqdim edir

Bolt Azərbaycanda işgüzar səyahət üçün yeni həll təqdim edir

Bolt Azərbaycanda işgüzar səyahət üçün yeni həll təqdim edir Bolt Azərbaycanda işgüzar səyahət üçün yeni həll təqdim edir

Bolt Azərbaycanda Bolt tətbiqi vasitəsilə müəssisələrin və onların işçilərinin korporativ səyahətlərini asanlaşdırmaq üçün nəzərdə tutulmuş Bolt Business xidmətini işə salır.

Bolt Business şirkətlərə birdəfəlik işgüzar səfərlərin sifarişi və ya korporativ nəqliyyat vasitələrinin alınması ilə bağlı gözlənilməz xərclərdən qaçmağa kömək edən sərfəli qiymət həlləri təklif edir. Bolt Business xidməti sayəsində şirkətlər və müəssisələr işçilərin korporativ səyahət xərclərini azaltmaqla yanaşı, qiymətli vaxtlarına qənaət edə biləcəklər. Qaimə vasitəsilə sadə ödəniş üsulu xərc hesabatlarının əl ilə doldurulması ehtiyacını aradan qaldırır

Bolt Business proqramı çərçivəsində işgüzar səfərlər üçün müxtəlif nəqliyyat həlləri təklif edilir. İşçilər öz marşrutları üzrə daha səmərəli nəqliyyat vasitəsini seçmək imkanı əldə edirlər. Məsələn, qısa məsafələrə getmək və ya yollarda avtomobillərin hərəkətinin sıx olduğu pik saatlarda vaxta qənaət etmək üçün elektrikli skuter kimi mikromobillik vasitəsini seçə bilərsiniz. Səfər sifarişi xidmətini seçməklə əməkdaşlar öz ehtiyaclarına uyğun avtomobil kateqoriyasını seçə və istifadə edə bilərlər.

- Bolt Business korporativ müştərilər üçün eksklüziv imtiyazlara çıxışın təmin edilməsi ilə tətbiqdə şirkətin öz işçiləri üçün şirkətlə əlaqəli hesablar və profillər təklif etməklə işgüzar səfər sifarişi və ödəniş sistemlərini birləşdirir.

- Biznes hesablarının köməyi ilə şirkət rəhbərləri əməkdaşların işgüzar səfərlərinə tam nəzarət edir. Şirkətlər hesablar vasitəsilə ödəniş etməklə xərcləmə limitlərini və səfər şərtlərini təyin edə bilərlər.

Bu cür həllər, məsələn, çoxsaylı satış şöbələri olan şirkətlər və ya bir çox xarici görüşlər keçirən məsləhətçilər üçün uyğundur.

Ride Booker (səfər planlaması) funksiyası müəssisələrə işçilər, partnyorlar və hətta onların Bolt Business hesabının bir hissəsi olmayan qonaqlar üçün səfər sifariş etməyə və planlaşdırmağa imkan verir.

“Azərbaycanda Bolt Business-i işə salmaqla, Bolt proqramları vasitəsilə şirkətlər və onların işçiləri üçün işgüzar səfərlərin planlaşdırılmasını asanlaşdırmağı hədəfləyirik. Bolt Business 40-dan çox bazarda mövcuddur və işgüzar səfər xərclərini 25%-ə qədər azaltmağa imkan verir, eyni zamanda işçilərin kağız qəbzlərin hazırlanması və xərclər üçün sərf etdiyi dəyərli vaxta qənaət edir”, Azərbaycanda Biznesin İnkişafı Mütəxəssisi Emin Bayramlı bildirir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media