Azərbaycan millisinin kapitanı Elçin Camallı, Bakıda keçirilən çövkən üzrə dünya çempionatının ilk matçında Qazaxıstanı 5:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
Camallı, qələbə qazanacaqlarına inandıqlarını, amma bu qədər böyükhesablı qələbəni gözləmədiklərini bildirib. "Yarışa yüksək səviyyədə hazırlaşmışdıq və azarkeşlərin dəstəyi bizə ruh yüksəkliyi verirdi," - deyə o qeyd edib.
Bu, ilk rəsmi dünya çempionatı olduğundan atmosferin çox gözəl olduğunu və ev sahibi olmağın üstünlüyünü hiss etdiklərini vurğulayan kapitan, "ilk gündən artıq çempionatın maraqlı keçəcəyi bəlli oldu. Mundiala bütün komandalar hazırlıqlı gəlib və biz əlimizdən gələni edəcəyik ki, ilk dünya çempionatının qalibi olaq. Çünki Azərbaycan qalib xalqdır və bizə yalnız qələbə yaraşır," - deyə əlavə edib.
Camallı, bəzi komandaların oyunçularını beynəlxalq yarışlardan şəxsən tanıdığını, onların arasında güclü kollektivlərin olduğunu vurğulayıb. Mərakeş, Almaniya və Polşa komandalarını nümunə göstərərək, layiq olanın qalib gəlməsini arzulayıb. Bəzi komandaların çövkəndə yeni olduğu üçün Azərbaycan millisindən dəstək istədiyini və həmin komandalarda bir azərbaycanlı idmançının iştirak etdiyini qeyd edib. Məsələn, Küveyt komandasında bir azərbaycanlı idmançı yer alıb.
Elçin Camallının sözlərinə görə, bu çempionat Azərbaycan çövkən idmanının beynəlxalq səviyyədə tanınması və yayılması üçün əhəmiyyətli bir addımdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin