logo
Azərbaycan və İsveçrə XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və İsveçrə XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və İsveçrə XİN rəhbərlərinin telefon danışığı olub Azərbaycan və İsveçrə XİN rəhbərlərinin telefon danışığı olub

6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.

XİN-dən innews.media verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media