https://innews.media/uploads/news/2024-06/_innews_cd2189030c2287c9bcfa6c678_o.jpg
Bolt iyunun ayının 5-dən Naxçıvan şəhərində xidmət göstərməyə başlayır və bu şəhərin sakinləri üçün sərfəli, təhlükəsiz və etibarlı gedişlər təqdim edir.
Bu şəhərdə fəaliyyətə başladığı ilk iki həftə ərzində Bolt öz istifadəçilərinə bütün gedişlərə 50% endirim təklif edir. Xidmət üzrə minimum qiymət cəmi 1,7 AZN-dən başlayır. Bundan əlavə, Bolt sürücü partnyorlarına gündə təxminən 20 AZN məbləğində zəmanətli gündəlik bonus təklif etməklə onlara dəstək olur. Sərnişinlərə keyfiyyətli xidmət göstərməklə yanaşı, həm də sürücülərin ilk iş günlərində belə sabit gəlir əldə etməsini təmin edir.
Bolt Azərbaycan şirkətinin Əməliyyatlar üzrə Meneceri İsa Rəhimli bildirir: “Naxçıvan şəhərində Bolt xidmətlərini təqdim etməkdən məmnunuq, beləki bu, bütün regionda sərfəli və səmərəli nəqliyyat həlləri təqdim etmək missiyamızda mühüm addımdır. Bu şəhərdə xidmət göstərməyə başlamaqla həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyinə diqqət yetirdiyimizi vurğulayırıq. Yeni şəhərlərdə fəaliyyət göstərməyə başladığımız zaman Bolt platformasında genişləndirilmiş təhlükəsizlik funksiyaları təqdim olunur. Bu sıraya sərnişinlərin sığortalanması, sürücülərin qiymətləndirilməsi sistemi, innovativ “Unmatching driver-rider” funksiyası, SOS, düyməsi, səfərlərin GPS monitorinqi, sürücülərin qiymətləndirilməsi və bir çox digər imkanlar daxildir”.
Gediş sifariş etmək üçün smartfonunuza Bolt tətbiqini endirməli və qeydiyyatdan keçməlisiniz. Sonra təyinat yerini qeyd etməli və sürücü sifarişinizi təsdiqləyənə qədər gözləməlisiniz. Sərnişinlər həmçinin *1020 nömrəsi vasitəsilə çağrı mərkəzinə zəng etməklə gediş sifariş edə bilərlər. “Bolt” və “Delivery” avtomobil kateqoriyaları artıq tətbiqdə mövcuddur. Xidmət haqqını nağd və ya kredit kartı vasitəsilə ödəyə bilərsiniz.
Daha ətraflı məlumat məktubun əlavələrində.