logo
COP29-la bağlı Azərbaycana gətirilən mallar idxal rüsumundan azad edildi

COP29-la bağlı Azərbaycana gətirilən mallar idxal rüsumundan azad edildi

COP29-la bağlı Azərbaycana gətirilən mallar idxal rüsumundan azad edildi COP29-la bağlı Azərbaycana gətirilən mallar idxal rüsumundan azad edildi

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təsdiqedici sənədinə əsasən COP29 beynəlxalq tədbiri çərçivəsində ölkəyə gətirilən mallar idxal gömrük rüsumundan azad edilib.

innews.media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına dəyişiklik edib.

Bu Qərar bu il martın 1-dən tətbiq olunur və 2024-cü il dekabrın 1-dək qüvvədədir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media