logo
İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında strateji hədəfləri açıqladı

İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında strateji hədəfləri açıqladı

İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında strateji hədəfləri açıqladı İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında strateji hədəfləri açıqladı

Bu günlərdə bütün dünyanın diqqəti Bakıya yönəlmişdir. Azərbaycanda keçirilən Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi,  həmçinin ABŞ Dövlət Deportamentinin enerji məsələləri üzrə rəsmisinin, Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktorunun, OPEC-in Baş katibinin, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Baş direktorunun çıxışları, eləcə də nəhəng enerji şirkətlərinin rəhbərlərinin iştirak etməsi tədbirin böyük əhəmiyyətə malik olmasından xəbər verir.

Builki sərgidə yeni şirkətlər də iştirak edirdi ki, onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə böyük maraq görsədir. Prezident cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış etdi.  Çıxışında ölkə başçımız Xəzər Neft və Qaz sərgisinin 1994-cü ildən fəaliyyətə başladığı və o vaxtdan sərginin bu gün böyük bir tədbirə çevrildiyini, bu gün Azərbaycanın dünyanın enerji tələbatının ödənilməsində mühüm rol oynamasını vurğuladı.

Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadi cəhətdən ağır günlər yaşayırdı. Azərbaycanda yoxsulluq ən yüksək səviyyədə idi. Digər tərəfdən Ermənistan torpaqlarımızı işğala məruz qoymuşdur,  vətəndaş müharibəsi ölkəmizi uçuruma aparırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadi siyasi sahələrdə böyük uğurlar qazanmaqa başladı. Iqtisadiyyatımızın bütün sahələri ilə yanaşı enerji sahəsində də böyük dirçəliş baş verdi. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. 3 il sonra "Çıraq" yatağından ilk neft hasil olunmağa başladı. Həmin vaxtdan bu günədək Birləşmiş Krallığın "BP"  və ABŞ-ın "AMOCO" beynəlxalq şirkətləri Azərbaycanla əməkdaşlıq edir və ölkəmizə etibar edirlər.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti sayəsində Azərbaycan nəhəng neft qaz ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan Avropa dövlətlərinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Azərbaycan neft, qaz ixrac edən ölkə olmaqla yanaşı yaşıl enerji sahəsində də çox böyük layihələr icra edir. Prezident cənab İlham Əliyev BƏƏ nin "Masdar" şirkətinin Azərbaycanda günəşlə işləyən iki, küləklə işləyən 1 elektrik stansiyalarının təməlqoyma mərasimlərinin keçirilməsini yaşıl enerji sahəsində ölkəmizin daha bir uğurlu layihəyə imza atdığını vurğuladı. Yaxın vaxtlarda Azərbaycan Avropa dövlətlərinə yaşıl enerji də ixrac edəcək.

Bu gün Avropa İttifaqına 10 üzv dövlət Azərbaycanla  strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu dövlətlər Azərbaycanı dost və etibarlı tərəfdaş dövlət hesab edirlər. Azərbaycan bu etibarı sözünə, imzasına sadiqliyi ilə qazanıb. Dünya liderləri Prezident cənab İlham Əliyevin sözü imzası gədər dəyərli olan bir dövlət başçısı olduğunu vurğulayırlar. 30 il ərzində Azərbaycan bütün sahələrdə olduğu kimi enerji sahəsində də bütün dövlətlərlə əməkdaşlığa sadiqlik nümayiş etdirib. Məhz Azərbaycanın apardığı bu siyasət nəticəsində dünya dövlətləri COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediblər.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media