logo
Niderlandda soydaşlarımız Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir və rəsm sərgisi keçirib

Niderlandda soydaşlarımız Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir və rəsm sərgisi keçirib

Niderlandda soydaşlarımız Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir və rəsm sərgisi keçirib Niderlandda soydaşlarımız Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir və rəsm sərgisi keçirib

Niderland Krallığında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun iştirakı ilə musiqili proqram  və “Mən sülhə səs verirəm” adlı  rəsm sərgisi təşkil olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə Dövlət Himnimiz  səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qonaqları salamlayıb və dünyaya sülh, əmin-amanlıq arzu edib.

Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin konsulu Səbinə Sadıqlı uşaqları bayram münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən BAK sədr müavini və “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun rəhbəri Sima Cəfərova Bütün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasını, uşaqların sağlam və xoşbəxt böyüməsini dilə gətirib.

Tədbirin bədii hissəsində “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun müəlliməsi Nigar Cəfərovanın rəhbərliyi ilə təşkil olunan rəngarəng musiqi nümunələri, rəqslər, səhnəciklər bayram iştirakçılarına yüksək ovqat bəxş edib. 

“Mən sülhə səs verirəm” adlı  rəsm müsabiqəsində uşaqlar tərəfindən çəkilmiş müxtəlif rəsmlər sərgilənib. Həmin ölkədə yaşayan rəssam Rasim Hüseynovun sədri olduğu münsiflər heyətinin qərarı ilə 7 yaşlı Siena Godines - Həsənova müsabiqənin qalibini elan edilib və mükafatlandırılıb.

Müsabiqədə iştirak edən hər bir iştirakçıya BAK sədri Elsevər Məmmədov tərəfindən sertifikat və hədiyyələr verilib.

“Hollanda Azərbaycan Türk Kültür Dərnəyi”nin nəzdində fəaliyyət göstərən “Xarı Bülbül” məktəbinin üzvlərinin də iştirak etdiyi tədbirdə uşaqlar müxtəlif dillərdə “Biz sülh istəyirik!” şüarını səsləndiriblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin